BURADA REKLAMINIZ OLA
BİLƏR

Ortopediya İnstitutu: Texniki nasazlığa görə növbələr yaranıb

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb. Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib.

 

Bu barədə Pravda.az-a Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir.

 

“Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik”, - deyə açıqlamada vurğulanıb.

Tarix: 14 İyul 2026, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin