BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkil: “Qaçqınkom” yaxşı işləyir, haqsız tənqidə, bəzən təhqirə də məruz qalırlar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”-red) qəbula getmişdim. Belə mənzərə ilə rastlaşacagımı təxmin etmirdim. İşçilər çox ağır, əsəbi gərgin şəraitdə işləyirlər. Çoxsaylı vətəndaşları qəbul etmək, dinləmək, problemlərinin həllinə çalışmaq çətindir. Bu, həm də ona görə çətindir ki, köməl etmək istədikləri insanlar narahat, problemli insanlardır. Əməkdaşları çox acılayırlar. Kömək etmək istəyənləri belə çox narahat edirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Osman Kazımov bildirib.

 

O.Kazımov qeyd edib ki, ən ağır iş şəraiti olan təşkilat “Qaçqınkom”dur: “Gərginliyə baxmayaraq yaxşı işləyirlər. Bir az əsəbidirlər. O da başa düşüləndir. Eyni şeyi neçə dəfə təkrarlamaq olar, haqsız tənqidə, bəzən təhqirə də məruz qalırar. Amma fikir verdim səbr mədəniyyət nümayiş etdirirlər. Bir çox şikayətçilərin şikayətləri heç onlara aid deyil. Çox yaxşı qəbul təşkil edirlər. Komitə sədri Rövşən Rzayevin qəbulunda oldum. Qısa, lakin kifayət qədər səmimi və sadə bir qəbul. Fikirləşdim ki, bəlkə məni tanıyır, ona görədir. Amma qəbuldan çıxanların söhbətlərindən aydın olurdu ki, hamı razı çıxır. Deməli, yaxşı işləmək olar”.

Tarix: 14 İyul 2026, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin