BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin radiousu bu şirkətə 37 min ödəyəcək

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiousu” MMC təhsil ocaqlarında radio fəaliyyətinin təşkili və tanışlıq, eləcə də yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi və sosial video materialların hazırlanması ilə əlaqədar 37 160 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Alev Global Center” MMC göstərəcək.

 

Sifarişçi və icraçı arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

“Alev Global Center”in rəhbəri Tural Cavid oğlu Əliyevdir. Nizamnamə kapitalı isə 10 AZN-dir.

 

Cabir

Tarix: 14 İyul 2026, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin