BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Yoluxanların sayı arta bilər

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, amma buna hazırlıqlı olmalıyıq: “Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Tarix: 15 Avqust 2020, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin