Zaman-zaman sosial şəbəkələrdə və ictimaiyyət arasında dilənçilərə pul verib-verməmək məsələsi müzakirə olunur. Bəziləri küçələrdə dilənən insanların bunu peşəyə çevirdiyini bildirərək onlara pul verməyin doğru olmadığını deyir. Digərləri isə bu fikirlə razılaşmayaraq ehtiyac sahibi olan insanlara kömək etməyin həm mənəvi, həm də dini baxımdan vacib olduğunu vurğulayırlar.
Bəs dinimiz kimlərə yardım etməyi tövsiyə edir? Küçədə dilənən insana pul vermək, yoxsa verməmək günah sayılır? İlahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İslam dini mərhəməti, yardımlaşmanı və ehtiyac sahiblərinə dəstək olmağı ən böyük mənəvi dəyərlərdən biri hesab edir. Qurani-Kərimdə yoxsullara, miskinlərə və möhtac insanlara yardım etmək dəfələrlə tövsiyə olunur. Eyni zamanda Uca Allah buyurur: "Dilənəni də qovma!" ("Duha" surəsi, 10). Bu ilahi göstəriş ehtiyac sahibi ilə nəzakətlə davranmağı, onu təhqir etməməyi və insan ləyaqətini qorumağı əmr edir”.
İlahiyyatçı əlavə edib ki, bununla belə, bu ayə hər qarşılaşdığımız dilənçiyə mütləq pul verməli olduğumuz mənasını daşımır: “İslam xeyirxahlığı hikmət və məsuliyyətlə birgə həyata keçirməyi tövsiyə edir. Məqsəd sadəcə pul vermək deyil, həqiqətən ehtiyac içində olan insana fayda göstərməkdir.
Əgər qarşımızdakı şəxsin həqiqətən ehtiyac sahibi olduğuna əminiksə, ona kömək etmək savab əməldir. Lakin yardım təkcə pul şəklində olmamalıdır. Yemək almaq, geyim və ya dərmanla təmin etmək, yaxud digər zəruri ehtiyaclarını qarşılamaq çox vaxt daha faydalı və məqsədəuyğun olur.
Müasir dövrdə peşəkar dilənçilik və bu fəaliyyətdən qazanc məqsədilə istifadə edən qrupların mövcudluğu da nəzərə alınmalıdır. Belə hallarda verilən pulun həqiqi ehtiyac sahibinə çatmamaq ehtimalı var. Buna görə də yardımı tanıdığımız ehtiyac sahiblərinə, aztəminatlı ailələrə və etibarlı xeyriyyə təşkilatları vasitəsilə çatdırmaq daha doğru seçimdir. Küçədə qarşılaşdığımız bir insana kömək etmək istədikdə isə ona pul vermək əvəzinə yemək almaq və ya konkret ehtiyacını qarşılamaq daha məqsədəuyğun hesab olunur”.
Samid Quliyevə görə, müsəlman etdiyi yardımın həqiqətən ehtiyacı aradan qaldırmasına, insan ləyaqətini qorumasına və sui-istifadəyə şərait yaratmamasına diqqət yetirməlidir: “İslamın məqsədi dilənçiliyi təşviq etmək deyil, ehtiyacı aradan qaldırmaq, yardımlaşma mədəniyyətini gücləndirmək və cəmiyyətdə sosial həmrəyliyi möhkəmləndirməkdir”.
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
Ən son xəbərləri səhifəmizdən də izləyin