BURADA REKLAMINIZ OLA
BİLƏR

"Yazırlar ki, ay, bu nə boydadır?" - VİDEO

 Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb.

 

Axşam.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:

 

"Çox adam paylaşdığım videoda yazır ki, "Ay, bu nə boydadır?". Bəli, o boyda olmasam, mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-basdır etsin. Amma bu, sağlamlığa toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngnəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım, 4-cü mərtəbədə təngnəfəs olurdum. Amma indi buna 1 mərtəbə qalxmaq da bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik... Bax, Aytən Səfərova, bu budur. Ən yaxşısı sağlamlıqdır".

 

 

Tarix: 15 İyul 2026, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin