BURADA REKLAMINIZ OLA
BİLƏR

Samuxda qidadan zəhərlənən şəxslərin adları – YENİLƏNİB

Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub.

 

Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsindən bildirilib ki, zəhərlənənlər 28 yaşlı Aysel Əliyeva, 8 yaşlı Dəniz Əliyeva, 7 yaşlı Rza Əliyev, 32 yaşlı Cəmil Əliyev, 9 yaşlı Zümrüd Əliyeva, 15 yaşlı Arif Məmmədov, 6 yaşlı Afət Verdiyeva, 31 yaşlı Bəsti Verdiyeva, 8 yaşlı Gülay Verdiyeva və 3 yaşlı Ümid Verdiyevdir.

 

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Həmin evin sakinləri və halvadan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

 

***

 

17:43

 

Samuxda zəhərlənmə hadisəsi baş verib.

 

Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

 

15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.

 

İlkin məlumata görə, onlar halva yedikdən sonra özlərini narahat hiss ediblər.

 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, iyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

 

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.APA

 

 

Tarix: 15 İyul 2026, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin