BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatının “Telegram” hesabı oğurlandı

Milli Məclisin deputatı Şahin Seyidzadə təxribatla üzləşib.

 

Pravda.az-ın xəbərinə görə, Ş.Seyidzadə deyib ki, hazırda onun “Telegram” hesabından icazəsiz şəkildə mesajlar göndərilir.

 

“Xahiş edirəm, həmin mesajlara reaksiya verməyin, linklərə keçməyin və heç bir əməliyyat etməyin. Mütəxəssislər problemin aradan qaldırılması üzərində çalışırlar. Yaranmış narahatlığa görə üzr istəyir və anlayışınıza görə təşəkkür edirəm”, - o bildirib.

Tarix: 15 İyul 2026, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin