BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb

Bakıda bir nəfər dənizdə batıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən iki kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Tarix: 15 İyul 2026, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin