BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaş ödəniş etdiyi VİN kod üzrə avtomobili ala bilmirsə, əvəzində başqası təqdim olunursa, nə etməlidir? - AÇIQLAMA

“Vətəndaş konkret VİN kodlu avtomobil üçün müqavilə bağlayıb və həmin VİN kod üzrə ödəniş həyata keçiribsə, avtomobili satan şirkətin onun razılığı olmadan başqa VİN kodlu avtomobil sifariş etməsi və bunu vətəndaşa təqdim etməsi qanunvericiliyin və müqavilə öhdəliklərinin tələblərinə uyğun hesab edilə bilməz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Roman Qaraşov deyib.

Vəkil Roman Qaraşov - FOTOBAZA Pravda.az

O bildirib ki, satıcı müqavilədə nəzərdə tutulmuş avtomobili razılaşdırılmış müddətdə təhvil verməyə borcludur: “Əks halda, vətəndaş müqavilənin icrasını tələb etmək, dəymiş zərərin ödənilməsini istəmək və ya qanunvericiliyin tələblərinə uyğun olaraq müqaviləyə xitam verilməsi və ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı tələb irəli sürmək hüququna malikdir. Gecikmə və digər pozuntularla bağlı vətəndaş ilk növbədə şirkətə yazılı şəkildə rəsmi tələb göndərməli, tələb təmin edilmədiyi halda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, həmçinin məhkəməyə müraciət edə bilər. Bankın əvvəlki VİN koda uyğun həyata keçirilmiş valyuta əməliyyatı ilə bağlı irad bildirməsi, VİN kod dəyişdiyi halda cərimə tətbiqi məsələsinə gəlincə, vətəndaş bu barədə bankdan yazılı izahat almalı və həmin sənədi də hüquqi mübahisə zamanı sübut kimi təqdim etməlidir. Belə işlərdə müqavilə, ödəniş sənədləri və tərəflər arasında aparılmış yazışmalar hüquqi baxımdan əsas sübutlar hesab olunur”.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyul 2026, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin