Azərbaycana gətirilən elektromobil və hibrid Çin avtomobillərinin sayı sürətlə artsa da, sürücülər tez-tez rəsmi servis şəbəkəsinin zəif olmasından və lazımi detalların tapılmamasından şikayətlənirlər. Bu növ maşınların ölkədə yetərli sayda olmasına baxmayaraq problemlərin mövcudluğu narazılıq yaradır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən avtomobil mütəxəssisi, tanınmış aparıcı Elgün Xıdırovun sözlərinə görə, Azərbaycanda avtomobillərin ehtiyat hissələri problemi təkcə yeni gətirilən Çin avtomobillərində deyil, bəzi digər ənənəvi markalar üzrə də yaşana bilir.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Ümumilikdə avtomobil ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı 2008-ci il dünya maliyyə böhranı və 2015-ci il devalvasiyaya qədər ölkəmizdə olan ənənəvi avtomobil markalarının rəsmi nümayəndəlikləri ehtiyat hissələrinin anbarını çox vaxt ehtiyatlar nəzərə alınmaqla formalaşdırırdılar. Ola bilər, əməkdaşların təcrübəsizliyi, bazarı düzgün planlaşdıra bilməməsi və bir çox digər səbəblərdən ehtiyat hissələri stoku düzgün planlanmır və illərlə “ölü stok” yaranırdı. Yəni zamanla bizneslərin anbarında ehtiyat hissələrinin demək olar tələbata uyğun gəlməyən bir neçə milyon dollar və ya avroluq qalığı yığılırdı. Ölü stok qalığında avtomobil ehtiyat hissələrinə faktiki olaraq artıq ehtiyac olmur. Keçmiş pis təcrübəni yaşamamaq üçün bir çox şirkətlər ehtiyat hissələr stokunu tələbata uyğun və daha az tutmağa başladı. Bura dövrü texniki xidmət zamanı istifadə olunan detallar, filterlər və s. ilə yanaşı, hərəkətli hissələr və digər tez-tez ehtiyac olan kuzov detalları də daxil idi. Zamanla bütün rəsmi nümayəndələr çalışırlar ki, ölü anbar formalaşmasın və yalnız tələbatlı ehtiyat hissələri gətirilsin. Yəni hazırda ənənəvi markalardan da elə modellər var ki, onların ehtiyat hissələrini servislərdə tapmaq olmur və sifarişlə gətirilir, gözləmək labüddür”.
E.Xıdırov qeyd edib ki, Çin avtomobillərinin rəsmi nümayəndəliklərində də analoji hal yaşanır: “Ehtiyat hissələrinin çatışmazlığı səbəblərindən biri məhz ölü ehtiyat riskini minimuma salmaqdır. Ölkəmizdə olan bütün Çin avtomobil markalarının bəzilərinin heç rəsmi nümayəndəliyi yoxdur və yaxud bu və ya digər model rəsmi nümayəndəliyin idxal etdiyi model cərgəsində deyil. Çox vaxt rəsmi nümayəndəlik servisinin ehtiyat hissələri anbarında belə avtomobillərin də ehtiyat hissələri nəzərə alınmır. Ehtiyac yaranarsa, sifarişlə gətirilir. Bəzi markalar da var ki, onların rəsmi nümayəndəliyi burada bağlanıb. Hətta çox az sayda gətirilən və Çində istehsalçı markanın fəaliyyəti ümumiyyətlə dayanmış modellər də var. Belə avtomobillərin də ehtiyat hissələrini idxal etmək biznes baxımından sərfəli olmur. Servislər kifayət qədər geniş yayılan, Azərbaycanda modelləri çox sayda olan Çin avtomobillərinin ehtiyat hissələrinin ehtiyatını saxlamağa çalışırlar. Ancaq bu da, hazırda müxtəlif səbəblərdən alınmır. Səbəblərdən biri şirkət və onun əməkdaşları tərəfindən düzgün planlamanın olmaması, digər səbəb həmin ehtiyat hissəsi istehsalçısının və ya markanın özünün ehtiyat hissələrini düzgün təmin edə bilməməsidir. Rəsmi nümayəndə tərəfindən sifariş olunsa da, istehsalçı marka həmin ehtiyat hissələrini vaxtında çatdıra bilmir. Çin avtomobil markalarında bu problemə tez-tez rast gəlmək olur, hansı ki, ənənəvi avtomobil markalarında belə problem yaşanmırdı. Hələ də tam formalaşmayan Çin markaları var ki, onlar tez-tez model yeniləməsinə baxmayaraq avtomobillərinin dövrü texniki xidmət və təmiri üçün reqlamenti hazır deyil. İstehsalçı marka detalların planlı istehsalı və çatdırılmasında ciddi problemlər yaşayır. Bütün bunlara logistika problemlərini də əlavə etmək olar. Amerika-İran müharibəsi və digər səbəblər yüklərin çatdırılması məsələsində ciddi gecikməkər yaratdı. Bəzən ehtiyat hisaələrinin qıtlığı bu kimi səbəblərdən də ola bilir”.
Şəhanə Qədirli
16 Avqust 10:44
16 Avqust 10:06
16 Avqust 08:28
16 Avqust 07:46
15 Avqust 21:34
15 Avqust 21:22
15 Avqust 20:52
15 Avqust 19:29
15 Avqust 19:01
15 Avqust 18:57
15 Avqust 18:53
15 Avqust 18:47
15 Avqust 18:35
15 Avqust 18:30
15 Avqust 18:21
15 Avqust 18:10
15 Avqust 17:57
15 Avqust 17:45
15 Avqust 17:34
15 Avqust 17:30
15 Avqust 17:15
15 Avqust 17:05
15 Avqust 16:53
15 Avqust 16:43
15 Avqust 16:32
15 Avqust 15:55
15 Avqust 15:47
15 Avqust 15:45
15 Avqust 15:25
15 Avqust 15:07
15 Avqust 14:55
15 Avqust 14:45
15 Avqust 14:29
15 Avqust 14:25
15 Avqust 14:15
15 Avqust 14:15
15 Avqust 13:57
15 Avqust 13:45
15 Avqust 13:21
15 Avqust 13:11
15 Avqust 13:04
15 Avqust 12:41
15 Avqust 12:41
15 Avqust 12:17
15 Avqust 12:10
15 Avqust 12:08
15 Avqust 12:04
15 Avqust 11:57
15 Avqust 11:44
15 Avqust 11:42
15 Avqust 11:35
15 Avqust 11:22
15 Avqust 11:13
15 Avqust 11:06
15 Avqust 10:43
15 Avqust 10:41
15 Avqust 10:28
15 Avqust 10:24
15 Avqust 10:23
15 Avqust 10:11
15 Avqust 08:44
15 Avqust 08:40
15 Avqust 07:05
15 Avqust 07:00
15 Avqust 06:59
15 Avqust 06:57
14 Avqust 22:36
14 Avqust 22:24
14 Avqust 20:52
14 Avqust 20:48
14 Avqust 19:43
14 Avqust 19:03
14 Avqust 19:02
14 Avqust 18:58
14 Avqust 18:49
14 Avqust 18:42
14 Avqust 18:31
14 Avqust 18:27
14 Avqust 18:19
14 Avqust 18:01
14 Avqust 17:51
14 Avqust 17:49
14 Avqust 17:30
14 Avqust 17:20
14 Avqust 17:15
14 Avqust 17:14
14 Avqust 17:10
14 Avqust 17:00
14 Avqust 16:58
14 Avqust 16:53
14 Avqust 16:47
14 Avqust 16:39
14 Avqust 16:29
14 Avqust 16:14
14 Avqust 16:07
14 Avqust 16:02
14 Avqust 15:58
14 Avqust 15:55
14 Avqust 15:48
14 Avqust 15:41
14 Avqust 15:33
14 Avqust 15:23
14 Avqust 15:18
14 Avqust 15:12
14 Avqust 14:49
14 Avqust 14:40
14 Avqust 14:19
14 Avqust 14:16
14 Avqust 14:02
14 Avqust 14:00
14 Avqust 13:54
14 Avqust 13:52
14 Avqust 13:49
14 Avqust 13:47
14 Avqust 13:40
14 Avqust 13:20
14 Avqust 13:15
14 Avqust 13:11
14 Avqust 12:57
14 Avqust 12:50
14 Avqust 12:47
14 Avqust 12:39
14 Avqust 12:37
14 Avqust 12:22
14 Avqust 12:17
14 Avqust 12:16
14 Avqust 12:11
14 Avqust 12:03
14 Avqust 11:55
14 Avqust 11:52
14 Avqust 11:33
14 Avqust 11:27
14 Avqust 11:23
14 Avqust 11:08
14 Avqust 11:01
14 Avqust 10:46
14 Avqust 10:39
14 Avqust 10:32
14 Avqust 10:20
14 Avqust 10:14
14 Avqust 10:12
14 Avqust 10:02
14 Avqust 09:39
14 Avqust 09:37
14 Avqust 08:40
14 Avqust 08:39
14 Avqust 08:39
14 Avqust 08:32
14 Avqust 08:27
14 Avqust 08:22
Ən son xəbərləri səhifəmizdən də izləyin