Bakıda qabaritləri böyük olan avtomobillərin parklanması sürücülər üçün çətinlik yaradır. Belə ki, standart park yerlərinə tam sığmayan bəzi nəqliyyat vasitələri iki park yerini tutduğundan cərimə riski ilə üzləşirlər.
Bəs belə hallarda sürücülər nə etməlidirlər ki, qayda pozuntusuna yol verməsinlər?
Pravda.az-a açıqlama verən nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev qeyd edib ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinə əsasən, nəqliyyat vasitələri parklanma yerlərində yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada park edilməlidir.

Onun sözlərinə görə, qanunda açıq şəkildə qeyd olunur ki, hər bir nəqliyyat vasitəsi yalnız onun üçün ayrılmış parklanma yerinin sərhədləri daxilində park edilməli, həmin sərhədlər pozulmamalıdır: “Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsinə əsasən, parklanma qaydalarının pozulması nəticəsində digər nəqliyyat vasitəsinin park etməsi qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıldıqda inzibati məsuliyyət tətbiq edilir. Lakin burada mühüm hüquqi və praktik məsələ ortaya çıxır. Qanun sürücünün niyyətini deyil, nəticəni qiymətləndirir. Yəni qanunvericilikdə “bilərəkdən”, “qəsdən” və ya “məcbur qaldıqda” kimi istisnalar nəzərdə tutulmayıb. Əsas meyar odur ki, avtomobil parklanma yerinin sərhədlərini pozubmu, yoxsa yox. Digər tərəfdən, “Ford F-150”, “RAM 1500”, “Toyota Tundra” və digər iri qabaritli pikaplar Azərbaycan Respublikasına rəsmi şəkildə idxal olunur, dövlət qeydiyyatına alınır və onların istismarına qanunvericiliklə icazə verilir. Bu isə o deməkdir ki, dövlət həmin nəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsini qanuni hesab edir. Lakin praktiki baxımdan bəzi standart parklanma yerlərinin ölçüləri bu tip avtomobillərin qabaritlərinə uyğun gəlmir. Belə vəziyyətdə sürücü faktiki olaraq seçim qarşısında qalır: ya ümumiyyətlə park etməməli, ya da avtomobilin ölçüləri səbəbindən parklanma yerinin sərhədlərini aşaraq cərimə riski ilə üzləşməlidir. Bu isə qanunvericilikdə ayrıca tənzimlənməyən bir məsələ kimi açıq qalır”.
Mütəxəssis bildirib ki, mövcud qanunvericilikdə iri qabaritli avtomobillər üçün xüsusi istisna və ya ayrıca parklanma qaydası nəzərdə tutulmayıb: “Bir çox ölkələrdə isə bu problem iri qabaritli nəqliyyat vasitələri üçün xüsusi ölçülü parklanma yerlərinin ayrılması, xüsusi zonaların yaradılması və ya müəyyən hallarda iki parklanma yerindən istifadənin ayrıca tənzimlənməsi ilə həll edilir. Bu baxımdan, ölkəmizdə də iri qabaritli nəqliyyat vasitələrinin xüsusiyyətlərini nəzərə alan parklanma mexanizmlərinin yaradılması gələcəkdə bu kimi mübahisəli halların qarşısının alınmasına kömək edə bilər”.
Şəhanə Qədirli
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin