“Qohumların müstəqil biznes fəaliyyətini deputatın adına çıxarmaq nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır”.
Pravda.az xəbər verir ki, bunu özünün və rəhbərlik etdiyi partiyanın biznes fəaliyyəti ilə bağlı yayılan dezinformasiyalara etirazını bildirən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat heç bir ticarət obyektinə sahib olmadığını vurğulayıb: “Mən sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm. Bu məsələ ilə bağlı həm şəxsən mən, həm də təmsil etdiyim siyasi partiya dəfələrlə aydın və birmənalı açıqlamalar vermişik. Mənim nə bazarım, nə də hər hansı ticarət obyektim var. Buna baxmayaraq, bəzi media resursları sensasiya yaratmaq, daha çox baxış toplamaq və diqqət çəkmək naminə eyni əsassız iddiaları dövriyyəyə buraxmaqda davam edirlər. Təəssüf doğuran odur ki, bəzən peşəkar və məsuliyyətli hesab etdiyimiz media qurumları da faktları dəqiqləşdirmədən bu yanlış tendensiyaya qoşulurlar. Cəmiyyətimizdə başqa bir yanlış yanaşma da formalaşdırılmağa çalışılır. Əgər hansısa vəzifəli şəxsin qohumlarından biri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, onun bütün fəaliyyəti avtomatik şəkildə həmin vəzifəli şəxsin adına çıxılır. Halbuki bu, nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır. İlk vaxtlar bu cür məlumatları məqsədli şəkildə, müəyyən maraqlar qarşılığında yayanlar var idi. Sonradan isə bir çoxları məsələni araşdırmadan, hətta yazılanları tam oxumadan həmin dezinformasiyanı təkrarlamağa başladılar”.
R.Nurullayev qohumların müstəqil hüquqi subyekt olduğunu və şəxsi nüfuzuna qarşı aparılan böhtan kampaniyalarının qanunsuzluğunu xatırladıb: “Hər bir insanın bacısı, qardaşı, valideyni, əmisi, dayısı, xalası və digər qohumları var. Onların hər biri müstəqil hüquq subyektidir, öz fəaliyyəti və qərarlarına görə şəxsən məsuliyyət daşıyır. Heç bir vəzifəli şəxs qohumlarının fəaliyyətinə görə hüquqi və ya mənəvi məsuliyyət daşıya bilməz. Belə yanaşma nə qanunvericiliyə, nə də sağlam məntiqə uyğundur. Təəssüf ki, bəzi şəxslər və hətta bəzi vətəndaşlar qəsdən vəzifəli şəxslərin qohumlarını bəhanə edərək onlara təzyiq göstərməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bəzi dırnaqarası media resursları da bu kampaniyanın alətinə çevrilirlər. Halbuki böhtan xarakterli məlumatların yayılması, şəxsin şərəf və ləyaqətini ləkələyən əsassız ittihamların səsləndirilməsi qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır”.
Deputat qeyd edib ki, tənqid faktlara söykənəndə faydalıdır: “Lakin yalan məlumat yaymaq, insanların nüfuzuna qəsd etmək, reytinq və baxış naminə böhtan kampaniyası aparmaq nə vətəndaş jurnalistikasının etik çərçivəsinə, nə jurnalistikanın prinsiplərinə, nə də vicdana sığır. Mən hər zaman açıq mövqe nümayiş etdirmişəm və bundan sonra da yalnız faktlara əsaslanan, məsuliyyətli ictimai müzakirələrin tərəfdarı olacağam”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin