Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pənah Ələkbərlinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2025-ci ildə axşam saatlarında Bərdə rayonunun Kətəlparaq kəndində yerləşən "Yurd" kafesində baş verib.
Belə ki, Pənah Ələkbərli orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kafeyə gələrək həyətdə tanışı, zərərçəkmiş Taleh Məcidovla (soyadı şərtidir) görüşüb. Onlar arasında əvvəllər üçüncü şəxsə faizlə verilmiş borc pulun geri qaytarılmaması ilə bağlı mübahisə yaranıb.
Cinayət işinin materiallarına əsasən, zərərçəkmiş şəxs təqsirləndiriləni borcun qaytarılmamasında günahlandırıb, ünvanına nalayiq ifadələr işlədib, daha sonra isə yumruq və təpik zərbələri endirib. Mübahisənin gərginləşməsi zamanı Pənah üzərində gəzdirdiyi kəsici-deşici alətlə Talehin qarın nahiyəsinə bir dəfə zərbə vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, böyük piyliyin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirilib.
Məhkəmədə ifadə verən Pənah Ələkbərli ittiham üzrə özünü təqsirli bildiyini deyib. O deyib ki, Talehin xahişi ilə qonşusu Məhiyyəddin adlı şəxsə borc pul verilməsinə vasitəçilik edib. Sonradan həmin borc geri qaytarılmadığı üçün zərərçəkmiş onu məsul tutmağa başlayıb.
Pənahın sözlərinə görə, hadisə günü Taleh onu kafeyə çağıraraq borcun ödənilməsini tələb edib və aralarında mübahisə yaranıb:
"Mübahisə zamanı o, əvvəlcə məni yumruqla vurdu. Mən də özümlə olan bıçaqla ona bir dəfə zərbə endirdim”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən dərhal sonra ətrafdakı şəxslərə zərərçəkmişi xəstəxanaya aparmağı tapşırıb, daha sonra evinə gedib və qısa müddət sonra könüllü şəkildə polis şöbəsinə gedərək təslim olub.
O, həmçinin qeyd edib ki, I Qarabağ müharibəsi iştirakçısıdır, hərbi xidmətdə aldığı xəsarət nəticəsində bir qolu tam işlək vəziyyətdə deyil. Məhz bu səbəbdən qarşı tərəfin fiziki üstünlüyündən ehtiyat edərək bıçaqdan istifadə etdiyini bildirib.
Pənah törətdiyi əmələ görə peşman olduğunu da məhkəmədə etiraf edib.
Zərərçəkmiş Taleh Məcidov isə ifadəsində söyləyib ki, təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətləri olub. Onun sözlərinə görə, Pənah və qonşusu Məhiyyəddin evinə gələrək sonuncunun həyat yoldaşının xəstə olduğunu və pula ehtiyac duyduğunu bildiriblər.
Bundan sonra o, faizlə borc verən tanışı vasitəsilə Məhiyyəddinə pul verilməsinə kömək edib. Lakin sonradan həmin borc geri qaytarılmayıb.
Zərərçəkmiş bildirib ki, bu məsələ ilə bağlı kafedə aralarında mübahisə yaranıb və əlbəyaxa dava zamanı Pənah ona bıçaqla bir dəfə zərbə vurub.
Hadisədən sonra dostu tərəfindən xəstəxanaya çatdırılıb. Əvvəlcə dəymiş ziyanın və faiz məbləğinin ödənilməsini tələb edib, barışmaq istəməyib.
Lakin məhkəmə baxışı zamanı Taleh sonradan fikrini dəyişdiyini bildirib. O, məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini qeyd edib.
Zərərçəkmiş məhkəmədən Pənaha mümkün olan ən yüngül cəzanın təyin edilməsini xahiş edib.
Kamal Məmmədov
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
Ən son xəbərləri səhifəmizdən də izləyin