Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, dələduzluqda, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Uğur İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs xalası oğlu ilə qabaqcadan əlbir olaraq zərərçəkmişə F.F.-ə (adı, soyadı şərtidir) 15 milyon Rusiya rublunu ələ keçirmək məqsədilə plan hazırlayıb.
Cinayət işinin materiallarına əsasən, Uğur İbrahimov və digər şəxs Şəmkir sakini F.F.-ə məxsus 15 milyon Rusiya rublunu qanuni qaydada Gürcüstana keçirəcəklərini bildirərək zərərçəkmişi aldadıblar.
Həmin pul vəsaiti Qazax rayonunun II Şıxlı kənd sakininin vasitəsilə saxlanılırmış. Təqsirləndirilən şəxs pulların Qırmızı Körpü gömrük-keçid məntəqəsində gömrük orqanlarına bəyan edilərək Gürcüstana aparılacağını vəd edib.
2024-cü ilin iyul ayında səhər saatlarında Qırmızı Körpü gömrük postunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində Azərbaycan Mərkəzi Bankının həmin günə olan məzənnəsi ilə 283 500 manat dəyərində olan 15 milyon Rusiya rublu Uğur İbrahimova təqdim olunub. Pul vəsaiti alındıqdan sonra vəd yerinə yetirilməyib, əldə olunan məbləğ iştirakçılar arasında bölüşdürülərək mənimsənilib. Nəticədə zərərçəkmişə külli miqdarda maddi ziyan vurulub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan edildikdən sonra 2025-ci ilin may ayında polis əməkdaşları onun Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən evinə gəliblər. Həmin vaxt Uğur İbrahimov evdə saxlanılan, qanuni əsaslarla digər şəxsə məxsus olan 12 kalibrli qoşalüləli ov tüfəngini götürərək əvvəlcə bir neçə dəfə havaya atəş açıb.
Bundan sonra isə həyət istiqamətində atəş açaraq əməliyyatda iştirak edən polis əməkdaşlarını hədəfə alıb.
Atəş nəticəsində xidməti vəzifələrini yerinə yetirən iki sahə polis nəfəri qırma yaraları alıb. Ekspertiza onların aldığı xəsarətləri sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır bədən xəsarətləri kimi qiymətləndirib.
İstintaq orqanı hesab edir ki, təqsirləndirilən şəxs bu hərəkətləri ilə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərib.
Məhkəmədə ifadə verən Uğur İbrahimov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, zərərçəkmiş F.F. ilə tanışlığı dostunun vasitəsilə yaranıb və pulun gömrükdə bəyan olunacağı barədə heç bir danışıq aparmayıb.
Təqsirləndirilən şəxs deyib ki, qaçaqmalçılıqla bağlı müəyyən əlaqələri olsa da, pulun keçirilməsi planında iştirak etməyib.
Silahdan istifadə etməsinə münasibət bildirən Uğur İbrahimov söyləyib ki, evinə daxil olan şəxslərin polis əməkdaşları olduğunu bilməyib.
Onun sözlərinə görə, həyətə qanunsuz daxil olunduğunu düşündüyü üçün ov tüfəngindən atəş açıb və polis əməkdaşlarına qarşı qəsdən müqavimət göstərməyib.
Eyni zamanda, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə peşman olduğunu da məhkəmədə bildirib.
Məhkəmədə zərərçəkmiş qismində dindirilən polis əməkdaşı ifadəsində deyib ki, əməliyyat zamanı Uğur İbrahimovun yaşadığı evin həyətinə daxil olublar.
Onun sözlərinə görə, evin arxa hissəsində olduqları vaxt silah səsləri eşidilib. Daha sonra Kürdəmir Rayon Polis Şöbəsinin rəisi və rəisin xidməti üzrə müavini hadisə yerinə gəlib, təqsirləndirilən şəxslə danışıqlar aparılıb və bundan sonra o, silahı yerə qoyaraq təslim olub.
Kamal Məmmədov
10 Avqust 01:49
9 Avqust 22:36
9 Avqust 22:33
9 Avqust 21:03
9 Avqust 19:10
9 Avqust 17:36
9 Avqust 16:44
9 Avqust 15:51
9 Avqust 15:44
9 Avqust 15:35
9 Avqust 14:00
9 Avqust 12:59
9 Avqust 12:25
9 Avqust 11:39
9 Avqust 11:22
9 Avqust 11:19
9 Avqust 10:06
9 Avqust 09:26
9 Avqust 09:24
9 Avqust 07:50
9 Avqust 07:46
9 Avqust 00:52
8 Avqust 23:22
8 Avqust 23:19
8 Avqust 21:47
8 Avqust 21:29
8 Avqust 21:00
8 Avqust 20:19
8 Avqust 20:15
8 Avqust 20:12
8 Avqust 19:43
8 Avqust 19:36
8 Avqust 19:25
8 Avqust 18:33
8 Avqust 17:43
8 Avqust 17:00
8 Avqust 15:21
8 Avqust 15:20
8 Avqust 15:15
8 Avqust 14:48
8 Avqust 14:35
8 Avqust 14:30
8 Avqust 14:17
8 Avqust 14:13
8 Avqust 13:36
8 Avqust 13:05
8 Avqust 12:57
8 Avqust 12:49
8 Avqust 12:47
8 Avqust 12:38
8 Avqust 12:22
8 Avqust 12:20
8 Avqust 12:17
8 Avqust 11:47
8 Avqust 11:23
8 Avqust 11:11
8 Avqust 10:21
8 Avqust 09:49
8 Avqust 09:35
8 Avqust 09:03
8 Avqust 08:48
8 Avqust 08:38
8 Avqust 08:36
8 Avqust 08:24
8 Avqust 00:58
7 Avqust 23:56
7 Avqust 22:34
7 Avqust 20:23
7 Avqust 20:20
7 Avqust 20:13
7 Avqust 19:02
7 Avqust 18:59
7 Avqust 18:57
7 Avqust 18:53
7 Avqust 18:44
7 Avqust 18:43
7 Avqust 18:34
7 Avqust 18:30
7 Avqust 18:23
7 Avqust 18:18
7 Avqust 18:05
7 Avqust 17:55
7 Avqust 17:47
7 Avqust 17:46
7 Avqust 17:37
7 Avqust 17:32
7 Avqust 17:30
7 Avqust 17:26
7 Avqust 17:23
7 Avqust 17:21
7 Avqust 17:18
7 Avqust 17:13
7 Avqust 17:08
7 Avqust 16:59
7 Avqust 16:55
7 Avqust 16:54
7 Avqust 16:47
7 Avqust 16:41
7 Avqust 16:28
7 Avqust 16:18
7 Avqust 16:04
7 Avqust 16:01
7 Avqust 15:57
7 Avqust 15:41
7 Avqust 15:33
7 Avqust 15:29
7 Avqust 15:21
7 Avqust 15:19
7 Avqust 15:11
7 Avqust 15:05
7 Avqust 14:55
7 Avqust 14:45
7 Avqust 14:43
7 Avqust 14:38
7 Avqust 14:35
7 Avqust 14:32
7 Avqust 14:29
7 Avqust 14:14
7 Avqust 13:55
7 Avqust 13:45
7 Avqust 13:31
7 Avqust 13:28
7 Avqust 13:25
7 Avqust 13:22
7 Avqust 13:20
7 Avqust 13:18
7 Avqust 13:12
7 Avqust 13:08
7 Avqust 12:54
7 Avqust 12:49
7 Avqust 12:44
7 Avqust 12:23
7 Avqust 12:20
7 Avqust 12:02
7 Avqust 11:48
7 Avqust 11:39
7 Avqust 11:28
7 Avqust 11:08
7 Avqust 11:07
7 Avqust 10:52
7 Avqust 10:33
7 Avqust 10:32
7 Avqust 10:30
7 Avqust 10:25
7 Avqust 10:14
7 Avqust 10:13
7 Avqust 10:11
7 Avqust 10:02
7 Avqust 09:35
7 Avqust 09:13
Ən son xəbərləri səhifəmizdən də izləyin