BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz ödənişləri ilə bağlı - YENİLİK

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.

 

Pravda.az Oxu.az-a istinadla xəbər verir ki, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq.

 

Belə ki, istifadə olunan qazın dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə ödəniləcək.

 

Qeyd edək ki, daha əvvəl qazın dəyərini yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəmək mümkün idi.

Tarix: 17 İyul 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin