BURADA REKLAMINIZ OLA
BİLƏR

Sədr təyin olunan Ramazan Nəbiyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ramazan Əli oğlu Nəbiyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri təyin olunub.

 

Pravda.az onun haqqında məlumatı təqdim edir.

 

Ramazan Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Ali təhsilin bakalavr səviyyəsini "Qida mühəndisliyi” ixtisası üzrə Türkiyə Respublikasının Ankara Universitetində, magistr təhsilini isə Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə ADA Universitetində alıb. 2013-2018-ci illərdə özəl sektorda qida mühəndisi və texnoloq vəzifələrində çalışıb.

 

 2018-2024-cü illərdə Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

 

 2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.

 

 15 iyul 2026-cı ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

 

 İngilis dilini bilir, ailəlidir, 1 övladı var.

Tarix: 17 İyul 2026, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin