BURADA REKLAMINIZ OLA
BİLƏR

78 yaşlı dosent ayaq yolunda yıxıldı, məhkəmə professor Kərim Şükürov barəsində qərar verdi - FOTO

AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov barəsində məhkəmə qərar verib.

 

Məlumata görə, İnstitutun "Azərbaycanın Sovet dövrü tarixi" şöbəsinin böyük elmi işçisi, dosent, 1948-ci il təvəllüdlü Həsənov Tofiq Əliş oğlu iş yerində özünü pis hiss edib. Təzyiqinin qalxması nəticəsində ayaqyolunda başı gicəllənib, yıxılaraq xəsarət alıb.

 

78 yaşlı dosent aldığı xəsarətlə əlaqədar xəstəxanaya aparılıb.

 

Hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Kərim Şükürovun istehsalatda baş vermiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat vermədiyini əsas gətirərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol tərtib edib.

 

İş Dövlət Əmək Müfəttişliyi Xidmətinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə kimi uzanıb. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin Kərim Şükürovun xeyrinə çıxardığı qərarı qüvvədə saxlayıb. Qaynarinfo

 

Fotoda Həsənov Tofiq

 

 

 

Tarix: 17 İyul 2026, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin