BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağça ödənişləri ilə bağlı yeni qayda təsdiqləndi - 70 faizə qədərini dövlət qarşılayacaq

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

 

Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur.

 

Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

 

Qərarla müsabiqənin keçirilməsi üçün Nazirlik tərəfindən tərkibi Nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 nəfərdən ibarət İşçi qrup yaradılır.

Tarix: 17 İyul 2026, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin