BURADA REKLAMINIZ OLA
BİLƏR

Boşanmaq dində günahdır? – AÇIQLAMA

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Son zamanlar isə sosial şəbəkələrdə özünü din xadimi kimi təqdim edən bir sıra şəxslər boşanmanın dini cəhətdən günah olduğunu, bəyənilmədiyini əsas gətirirlər.

 

Bəs həqiqətən boşanmaq günah hərəkət hesab edilir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri deyib ki, boşanmaq hər iki tərəfin haqqıdır.

Elşad Miri: “Mehdi sağdırsa, hardasa gizlənibsə, gözləyirsə, niyə kitablar  yazmır, hansısa məlumatları ötürmür?” Pravda.az

O qeyd edib ki, Quranın 65-ci surəsi birbaşa "Talaq”, yəni “Boşanma” surəsi adlanır: “Boşanma son çarə kimi qəbul edilir və bu addım atılarkən qarşı tərəfə zərər verməmək, onun və varsa uşaqların hüquqlarını, nəzərə almaq tələb olunur. Quran son çarə olan boşanmadan əvvəl barışıq cəhdlərini tələb edir. Quranın Nisə surəsinin 35-ci ayəsində ailənin dağılmaması üçün ilk növbədə hər iki ailədən vasitəçilərin, hakimlərin işə qarışmasını və barışığa çalışmasını tövsiyə edir. Heç bir vasitəçilik, nəsihət və sair təsir etməyəndən sonra boşanma həyata keçəndən sonra, yəni ayrılıq olandan sonra məsələnin maddi təminat və mənəvi dəstək tərəfləri gündəmə gəlir. Burada əsas məsələ boşanan qadınların hüquqlarının qorunması, onlara mehrlərinin tam verilməsi və çətin vəziyyətdə buraxılmaması şərti var. Quranın “Bəqərə” surəsinin 241-ci, Nisə surəsi 20-ci ayələrində bunu görə bilirik”.

 

Şəhanə Qədirli

Tarix: 17 İyul 2026, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin