BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda rektor tələbələri narahat edən məsələlərlə bağlı tapşırıq verdi

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tələbələri narahat edən məsələlərlə bağlı tapşırıq verib.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Muradov özü məlumat verib.

 

Rektor tələbələrə müraciət edərək deyib ki, təhsillə bağlı bütün məsələlərin yerindəcə araşdırılıb qərar verilməsi məqsədilə bütün dekanlara müvafiq tapşırıq və zəruri səlahiyyətlər verilib: “Ona görə də xahiş edirəm, sizləri narahat edən məsələlərin operativ həlli üçün təhsil aldığınız fakültənin dekanına müraciət edin. Sizi narahat edən məsələlər həllini tapmadıqda müvafiq prorektora, sonra isə mənə müraciət etməyinizi xahiş edirəm”.

 

Tarix: 16 Dekabr 2019, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin