BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllı sakinləri “smart kart” problemi üçün Qəbələyə getməli olurlar – VİDEO

Smart kartda problem yaranan kimi Qonşu rayona getmək məcburiyyətində qalırlar.

 

İsmayıllı rayon sakinləri elektrik enerjisi üzrə istifadə etdikləri smart kartlarla bağlı çətinlik yaşadıqlarını bildirirlər. Onların sözlərinə görə, smart kart bloklandıqda, zədələndikdə və ya yararsız vəziyyətə düşdükdə, kartın bərpası üçün Qəbələ rayonundakı ASAN Xidmət Mərkəzinə müraciət etməli olurlar. Bu da onlara çətin olur.

 

Sakinlər deyirlər ki, bu, həm əlavə vaxt itkisinə, həm də maddi xərcə səbəb olur. Xüsusilə yaşlı, xəstə və maddi imkanı zəif olan insanlar üçün bu vəziyyət ciddi çətinlik yaradır.

 

İsmayıllı Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Azərişıq" ASC-nin smart kartların bərpası xidməti ASAN Xidmət mərkəzlərində həyata keçirilir və İsmayıllı rayonu üzrə vətəndaşlara bu xidmət Qəbələ ASAN Xidmət Mərkəzində göstərilir. Bildirilib ki, kart bloklandıqda problem qısa müddətdə aradan qaldırılır. Kartın zədələnməsi və ya itirilməsi hallarında isə yeni kartın verilməsi üçün vətəndaşın Qəbələ ASAN Xidmət Mərkəzinə müraciət etməsi tələb olunur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 17 İyul 2026, 21:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin