BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırıldı

Küveyt Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.

 

“Al Jazeera“ xəbər verir ki, hava limanı İranın hücumları fonunda təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırıb.

 

Qeyd edək ki, İran bir neçə dəfə ABŞ-ın Küveytdəki hərbi obyektlərinə zərbələr endirib.

 

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib.

Eyni gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Tarix: 18 İyul 2026, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin