Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir.
Bunu Anqolada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxlislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının "Sülhə çağırış, Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət" təşəbbüsü çərçivəsində Yüksək səviyyəli dialoqda - "Sülh Alyansı" Sammitində deyib.
A. Paşazadə vurğulayıb ki, bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, bütün bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardandır. Gernika, Srebrenitsa və bu kimi insanlıq faciələrinin qurbanlarının xatirəsini ehtiramla yad etmək, Yer üzündə belə faciələrin bir daha baş verməməsi üçün səylərimizi birləşdirmək bizim insani borcumuzdur.
QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib:
"Kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə təcavüzkar qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirilidiyi soyqırımın ildönümünü qeyd edirik".
A.Paşazadə Azərbaycan dövlətinin sülhün təşviqindəki rolunu vurğulayaraq bildirib ki, dünyada insan qardaşlığında və bəşəri həmrəyliyə xidmət edən ideya və təşəbbüsləri ilə tanınan Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyi fəxarət mənbəyidir:
"Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün çalışmalı, dualar etməliyik. Yeni Gernikaların, Srebrenitsaların, Xocalıların baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının təşəbbüs və layihələri sayəsində biz, dini liderlər dünyanın daha əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli bərqərarı işinə öz töhfələrimizi verə bilərik".
Qeyd edək ki, tədbir çərçivəsində Şeyxülislam Anqola Prezidenti ilə görüşüb. QMİ sədri Anqola dövlət başçısına Azərbaycan Respubliksaının Prezidenti İlham Əliyev cənablarının salamlarını yetirib. Anqola Prezidenti, öz növbəsində, onun səmimi salamlarının dövlət başçımıza çatdırılmasını Şeyxülislamdan rica edib.Report
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
Ən son xəbərləri səhifəmizdən də izləyin