BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Çindən lobya almağa başladı

Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.

 

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 23 % çoxdur.

 

Azərbaycan Rusiyaya 208 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çox) 160,9 ton (+21 %) və Gürcüstana 12,2 min ABŞ dolları dəyərində (+49 %) 14,4 ton (+52 %) məhsul satıb.

 

Hesabat dövründə ölkəyə xaricdən 18,45 min ABŞ dolları dəyərində (-66 %) 25,2 ton (-67 %) lobya gətirilib.

 

Azərbaycan Türkiyədən 16,1 min ABŞ dolları dəyərində (-70 %) 22,4 ton (-71 %), İrandan 1,95 min ABŞ dolları dəyərində (+49 dəfə) 2,8 ton (+40 dəfə) Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) və Çindən 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

 

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.Report

Tarix: 18 İyul 2026, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin