BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə meşələr yenə yanır

Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin İzmir və Kütahya vilayətlərində yanğınlarla mübarizə davam edir.

 

İzmirin Narlıdərə rayonunda yerləşən meşəlik sahədə baş verən yanğının söndürülməsinə şəhərin Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 6 helikopter, 25 yanğınsöndürən maşın, 5 su təchizat avtomobili və 3 buldozer cəlb edilib.

 

Kütahyanın Tavşanlı rayonundakı yanğına isə çox sayda yanğınsöndürən maşınlar və yanğınsöndürmə helikopteri ilə müdaxilə edilir.

 

Yanğınların başvermə səbəbi müəyyən edilməyib.

 

Qeyd edək ki, hidrometeoroloqlar Türkiyə ərazisində mövsüm normalarından yüksək olan isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.Azərtac

Tarix: 18 İyul 2026, 16:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin