BURADA REKLAMINIZ OLA
BİLƏR

İçi yumşaq, üstü zərif: Vişnəli muffin brauni resepti

Braunini kim sevməz ki? Bəs içinə bir az da vişnə əlavə etsək...

 

Pravda.az dadı uzun müddət damağınızdan silinməyəcək vişnəli muffin brauni reseptini təqdim edir:

 

Tərkibi

 

125 q kərə yağı

 

120 q tünd şokolad

 

2 ədəd yumurta

 

100 q şəkər tozu

 

1 çay qaşığı vanil ekstraktı

 

1 xörək qaşığı vişnə suyu

 

70 q un

 

1 çimdik duz

 

75 q damla şokolad

 

12 ədəd vişnə

 

Hazırlanması

 

Yumurtaları bişirmədən təxminən 30 dəqiqə əvvəl otaq temperaturunda saxlayın.

 

Muffin qəliblərinə kağız kapsullar yerləşdirin.

 

Kərə yağını zəif odda əridin. Ocağı söndürdükdən sonra doğranmış tünd şokoladı əlavə edib tam əriyənə qədər qarışdırın.

 

Yumurtaları təxminən 7 dəqiqə krem halına gələnədək çalın. Sonra şəkəri əlavə edib daha 2–3 dəqiqə çalın. Bu mərhələdən sonra mikser istifadə etməyin.

 

Şokoladlı-kərə yağı qarışığını, vanil ekstraktını və vişnə suyunu yumurtalı qarışığa əlavə edin. Spatula ilə altdan yuxarıya doğru yavaş-yavaş qarışdırın.

 

Un və duzu qarışdırıb ələkdən keçirərək maye qarışığa əlavə edin. Homogen kütlə alınana qədər spatula ilə qarışdırın və sonda damla şokoladı əlavə edin.

 

Xəmiri muffin qəliblərinə bərabər şəkildə bölüşdürün. Hər birinin üstünə bir ədəd vişnə yerləşdirin.

 

Əvvəlcədən 175°C-yə qədər qızdırılmış, fan rejimində işləyən sobada təxminən 15 dəqiqə bişirin.

 

Əminə Bayramova

Tarix: 20 İyul 2026, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin