BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehman Hüseynov deputatla üz-üzə gəldi – “Bizə ilişirsən, get, dincəl”

“Ay Azərbaycan xalqına guya xidmət edən məmurlar, deputatlar, nazirlər, çox xahiş edirəm, məni gördükdə qorxuya düşüb qaçmayın. Mən adam yeyən deyiləm! Şeytan, əzrail deyiləm! Öz hərəkətlərinizlə məcbur edirsiz ki sizlə başqa cür danışaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bloqer Mehman Hüseynov deyib.

 

“Artıq necənci dəfədir bu cür hadisə baş verir, özümü çox pis his edirəm, mən də insanam mənlə də danışmaq olar. Hara qaçırsız axı? Nədən qorxursuz?” – M.Hüseynov qeyd edib.

 

O, deputat Rasim Musabəyovla rastlaşdığını, sual ünvanladığını, amma sualının cavabsız qaldığını bildirib: “Deputat Rasim Musabəyovla üz-üzə gəldik, yaxınlaşıb sual verdim. Cavab vermədən getdi. Dedi ki, bizə ilişirsən, get, dincəl. Məni indi hədəfə almaq istəyirsən?”

Fotoları təqdim edirik
Tarix: 16 Dekabr 2019, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin