BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 38 yaşlı bacısı qızını öldürən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə Abşeron rayonunda bacısı qızını öldürməkdə təqsirləndirilən Şakir Rzayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


Qeyd: Hadisə 2025-ci il yanvarın 30-u saat 13 radələrində Abşeron rayonunun Masazır kəndində baş verib. Kənddə 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin bıçaqla xəsarətlər yetirərək bacısı qızı Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Şakir Rzayevə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şakir Rzayev törətdiyi əməldə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 20 İyul 2026, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin