BURADA REKLAMINIZ OLA
BİLƏR

Təkbaşına qəhvə içməyi sevən insanların 9 xüsusiyyəti

Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango” nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasının vacib hissəsidir.

 

Mütəxəssislər tələsmədən, təkbaşına qəhvə içməyi sevimli istirahət üsulu seçən insanlarda tez-tez rast gəlinən doqquz xüsusiyyəti sadalayıblar.

 

1. Lazımsız tələskənliyi sevmirlər

 

Belə insanlar daim onlayn olmaq və ya hər mesaja dərhal cavab vermək ehtiyacı hiss etmirlər. Onlar özləri ilə tək qalmaqdan zövq alır və sükutdan çəkinmirlər.

 

2. Sadə anlardan zövq almağı bacarırlar

 

Psixoterapevt Liz Devis bildirir ki, həyatı romantikləşdirmək ideal mənzərə yaratmaq deyil, gündəlik həyatdakı gözəllikləri görməyi öyrənməkdir.

 

"Həyatını romantikləşdirmək ona daha çox şüurluluq, məqsədyönlülük və xüsusi ab-hava qatmaq deməkdir”, deyə o qeyd edir.

 

Onun fikrincə, tələsmədən içilən bir fincan qəhvə də belə anlardan biri ola bilər.

 

3. Enerjilərini qoruyurlar

 

Bu insanlar daim imkanlarının son həddində işləmək əvəzinə, güclərini bərpa etmək üçün özlərinə qısa fasilələr verməyi üstün tuturlar.

 

Belə yanaşma emosional tükənmənin qarşısını almağa və gün ərzində məhsuldarlığı qorumağa kömək edir.

 

4. Düşünməyi sevirlər

 

Sakitlik içində vaxt keçirə bilən insanlar adətən özlərini təhlil etməyə meylli olurlar.

 

Psixoloqların fikrincə, məhz belə fasilələr zamanı insan yaşadıqlarını daha yaxşı dərk edir, qərarlar qəbul edir və yeni ideyalar tapır.

 

5. Öz ritmləri ilə yaşayırlar

 

"Slow living” həyat tərzinin populyarlığı insanların həyatın tempini yavaşlatmaq istəyindən irəli gəlir.

 

Psixologiya üzrə fəlsəfə doktoru Stiv Teylor hesab edir ki, bu yanaşma insanın ümumi rifahına müsbət təsir göstərir.

 

"Yavaş yaşadıqda reallığı daha dolğun yaşayırıq, çünki hər anın fərqində oluruq. Bununla yanaşı, həyat bizə daha az stresli və daha mənalı görünür”, deyə o bildirir.

 

6. Darıxmaqdan qorxmurlar

 

Belə insanlar hər boş anlarını sosial şəbəkələr və ya videolarla doldurmağa ehtiyac duymurlar.

 

Araşdırmalara görə, qısa müddətli darıxma yaradıcılığı stimullaşdıra, diqqəti artıra və qeyri-standart həll yolları tapmağa kömək edə bilər.

 

7. Rahatlığa dəyər verirlər

 

Bu, təkcə yumşaq kreslo və ya sevimli fincan demək deyil.

 

Onlar həqiqətən rahatlaşa və daxili sakitlik hiss edə biləcəkləri mühit yaratmağa çalışırlar.

 

8. Sabit vərdişləri sevirlər

 

Onların bir çoxu hər gün eyni vaxtda qəhvə içir və ya özünəməxsus səhər ritualına malikdir.

 

Psixoloqlar bildirirlər ki, nizamlı gündəlik rejim həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.

 

9. Özlərinə güvənirlər

 

Öz ritmləri ilə yaşamaqdan çəkinməyən insanlar adətən başqalarının fikrindən daha az asılı olurlar.

 

Onlar dəbə uyğunlaşmağa çalışmır, əksinə, onlara məmnunluq gətirən həyat tərzini rahatlıqla seçirlər.

 

Mütəxəssislər vurğulayırlar ki, telefon, xəbərlər və tələskənlikdən uzaq şəkildə bir neçə dəqiqəlik qəhvə fasiləsi vermək tənbəllik deyil, gücü bərpa etmək və stress səviyyəsini azaltmaq üçün faydalı üsuldur. Qaynarinfo

Tarix: 20 İyul 2026, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin