BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı

İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus "GOLDEN LEO" mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.

 

UNIAN-ın məlumatına görə, bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib.

 

Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.

 

"İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb", – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.

 

Xatırladaq ki, Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib.

 

Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.APA

 

 

 

 

 

Tarix: 20 İyul 2026, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin