BURADA REKLAMINIZ OLA
BİLƏR

Temperatur 39-a yüksələcək - PROQNOZ

Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-26°, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Tarix: 20 İyul 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin