Son illər xüsusilə 2024–2026-cı illərdə Rusiyada miqrasiya siyasəti sərtləşdirilib. Təbii olaraq bu, Azərbaycan vətəndaşlarına birbaşa təsir edir.
Bəs Rusiya miqrantları üçün də Azərbaycanda vətəndaşlıq almaq qaydaları sərtləşdirilə bilərmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov qeyd edib ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi hər hansı konkret ölkənin vətəndaşları üçün ayrıca tələblər müəyyən etmir.
Deputat bildirib ki, Azərbaycan vətəndaşlığının əldə edilməsi ilə bağlı tələblər bütün əcnəbilər üçün eyni prinsiplər əsasında müəyyənləşdirilir və heç bir dövlətin vətəndaşına münasibətdə ayrı-seçkiliyə yol verilmir: “Qanunvericilikdə nəzərdə tutulmuş şərtləri yerinə yetirən hər bir əcnəbi, o cümlədən Rusiya Federasiyasının vətəndaşları Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək hüququna malikdirlər. Azərbaycan öz miqrasiya siyasətini hər hansı digər dövlətin qərarlarından asılı olaraq deyil, milli maraqları, təhlükəsizlik prinsipləri və beynəlxalq hüquq normaları əsasında formalaşdırır. Hər bir suveren dövlət olduğu kimi, Azərbaycan da miqrasiya sahəsində qanunvericiliyini öz daxili ehtiyaclarına və dövlət maraqlarına uyğun şəkildə müəyyən etmək hüququna malikdir”.
A.Badamovun sözlərinə görə, Rusiyada miqrasiya sahəsində həyata keçirilən dəyişikliklər isə yalnız Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş tədbirlər kimi qiymətləndirilməməlidir: “Bu dəyişikliklər Rusiya ərazisində yaşayan və fəaliyyət göstərən müxtəlif ölkələrin vətəndaşlarına, o cümlədən MDB məkanından olan insanlara ümumi şəkildə təsir göstərir. Vətəndaşlıq əldə edilməsi, ölkədə qalma, qeydiyyat və əmək fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi daha geniş miqrasiya siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu baxımdan Rusiyanın miqrasiya qanunvericiliyində baş verən dəyişikliklərin yalnız Azərbaycana qarşı xüsusi addım kimi qəbul edilməsi düzgün olmazdı. Çünki həmin proseslər Mərkəzi Asiya ölkələrinin, eləcə də digər MDB dövlətlərinin vətəndaşlarına da təsir göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, miqrasiya siyasətinin həddindən artıq sərtləşdirilməsi uzun illər ərzində tarixi, iqtisadi və humanitar əlaqələrə malik olmuş xalqlar və dövlətlər arasında münasibətlərə müəyyən təsir göstərə bilər. MDB məkanında yaşayan milyonlarla insanın əmək fəaliyyəti, ailə və sosial əlaqələri bu ümumi tarix və qarşılıqlı münasibətlər üzərində formalaşmışdır. Buna görə də miqrasiya proseslərinin tənzimlənməsi zamanı həm dövlətlərin təhlükəsizlik və milli maraqları, həm də insanların fundamental hüquq və azadlıqları nəzərə alınmalıdır. Azərbaycan isə bu məsələdə qarşılıqlı hörmət, bərabərlik və milli maraqlara əsaslanan müstəqil miqrasiya siyasətini davam etdirir”.
Şəhanə Qədirli
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
Ən son xəbərləri səhifəmizdən də izləyin