Qan komponentlərinə eritrosit kütləsi, trombosit, leykosit və plazma aiddir. Ən çox istifadə olunan komponent eritrosit kütləsidir. Bu komponent hemoqlobinin kritik azalması, massiv qan itkisi, kəskin və xroniki anemiyalarda istifadə olunur. Eritrosit transfuziyası toxumalara oksigen daşınmasını bərpa etmək məqsədi daşıyır.
Pravda.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Qan Bankının anestezioloq-reanimatoloqu Gülarə Bədəlova deyib.
O qeyd edib ki, trombosit konsentratı aktiv qanaxma və yüksək qanama riski olan xəstələrdə, trombositopeniyalarda tətbiq olunur. Onkohemotoloji xəstələrdə və kimyaterapiyadan sonra trombosit transfuziyası daha önəmlidir.
Təzə dondurulmuş plazma laxtalanma faktorlarının, eləcə də qaraciyər çatışmazlığında istifadə olunur. Hər bir qan komponentinin köçürülməsi klinik və laborator göstəricilərə əsaslanır. Qan komponentlərinin düzgün istifadəsi və seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır. Qan komponentlərinin göstərişə uyğun olaraq düzgün təyini transfuziya fəsadlarının riskini azaldır. Düzgün istifadə çoxorqan çatışmazlığının inkişaf riskini minimuma endirir.
“Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək üçün bir sıra profilaktik tədbirlər həyata keçirilir. Qanvermədən əvvəl donor sorğu vərəqəsinin suallarını cavablandırır. Sonra tibbi müayinədən keçirilir. Hemodinamik göstəricilər - arterial təzyiq, nəbz, bədən temperaturu, çəki, boy, hemoqlobin səviyyəsi yoxlanılır. Sağlamlıq vəziyyəti və əks göstərişləri qiymətləndirilir. Qan donoru sağlam və uyğun şəxslər ola bilər. Qanvermə prosesi tam steril şəraitdə aparılır. Yalnız birdəfəlik və steril alətlərdən istifadə olunur. Qan verən zaman donorun vəziyyəti daim müşahidə edilir. Hansısa yan təsir nəzərə çarpanda dərhal müdaxilə edilir. Qanvermədən sonra donor müəyyən müddət nəzarət altında saxlanılır. Donora bol maye qəbulu və istirahət tövsiyə olunur. Qan nümunələri infeksion markerlərə görə laborator yoxlamadan keçirilir. Bu tədbirlər donorun və resipiyentin sağlamlığının qorunmasına və prosesin təhlükəsiz aparılmasına xidmət edir”, - deyə mütəxəssis bildirib.
Gülarə Bədəlova qanvermə ilə bağlı cəmiyyətdə yayılan miflərin insanların donor olmağa tərəddüd etməsinə səbəb olduğuna diqqət çəkib:
"Qanvermə ilə bağlı cəmiyyətdə ən çox yayılan miflər insanların donor olmağa tərəddüd etməsinə səbəb olur. Bu miflərin əksəriyyəti elmi əsaslara söykənmir və düzgün məlumatlandırma ilə asanlıqla aradan qaldırıla bilər. Ən geniş yayılmış miflərdən biri qanvermənin sağlamlığa zərər vurması fikridir. Əslində isə sağlam insan üçün qanvermə təhlükəsizdir və orqanizm itirilən qan həcmini qısa müddətdə bərpa edir. Donor yalnız tibbi müayinədən keçdikdən sonra qan verir və bu, risklərin qarşısını alır.
Digər geniş yayılmış mif qanvermə zamanı infeksiyaya yoluxma qorxusudur. Müasir qan xidmətində bütün alətlər birdəfəlik və sterildir. Bu səbəbdən qanvermə zamanı hansısa yoluxucu xəstəliyin keçməsi mümkün deyil. Bu mif daha çox köhnə və yanlış təsəvvürlərdən qaynaqlanır.
Bəzi insanlar düşünürlər ki, qan verən şəxs uzun müddət zəif və halsız olur. Reallıqda isə düzgün qidalanma və kifayət qədər maye qəbulu ilə donorlar tez bir zamanda özlərini normal hiss edirlər. Qan verdikdən sonra tövsiyələrə əməl edildikdə gündəlik həyata qayıtmaq asan olur.
Başqa bir mif qanvermənin asılılıq yaratması ilə bağlıdır. Yəni guya bir dəfə qan verən insan daim qan verməyə məcbur qalır. Bu fikir tamamilə yanlışdır. Qanvermə könüllü prosesdir və orqanizmdə hansısa asılılıq yaratmır.
Həmçinin belə bir yanlış fikir də var ki, qadınlar və ya zəif bədən quruluşlu insanlar qan verə bilməzlər. Əslində isə əsas meyar cins və bədən quruluşu deyil, ümumi sağlamlıq vəziyyətidir. Bu miflərin aradan qaldırılması qanvermə mədəniyyətinin inkişafına və daha çox insanın bu xeyirxah addıma qoşulmasına töhfə verir.
Ən çox rast gəlinən yanlış inanclardan biri də qanvermə prosesinin gigiyenik baxımdan riskli olması ilə bağlıdır. Bəzi insanlar hesab edirlər ki, bu zaman orqanizmə infeksiya keçmə ehtimalı var. Halbuki, qan xidmətində infeksiyadan müdafiə şərtlərinə ciddi şəkildə əməl edilir, bütün prosedurlar beynəlxalq standartlara uyğun aparılır və istifadə olunan tibbi vasitələr yalnız bir dəfə tətbiq edilir. Bu səbəbdən qanvermə infeksiya mənbəyi deyil və bu düşüncə elmi əsaslara deyil, köhnə qorxulara söykənir".
O bildirib ki, qan verməkdə tərəddüd edən insanlar üçün əsas tövsiyə ilk növbədə düzgün və etibarlı məlumatlara əsaslanaraq qərar vermələridir. Proses tibbi baxımdan təhlükəsizdir və müasir standartlara uyğun şəkildə həyata keçirilir:
"Unutmaq olmaz ki, bir nəfərin verdiyi qan bir neçə xəstənin həyatını xilas edə bilər. Qanvermə yalnız humanitar addım deyil, həm də cəmiyyət qarşısında sosial məsuliyyət nümunəsidir”.
8 Avqust 17:00
8 Avqust 15:21
8 Avqust 15:20
8 Avqust 15:15
8 Avqust 14:48
8 Avqust 14:35
8 Avqust 14:30
8 Avqust 14:17
8 Avqust 14:13
8 Avqust 13:36
8 Avqust 13:05
8 Avqust 12:57
8 Avqust 12:49
8 Avqust 12:47
8 Avqust 12:38
8 Avqust 12:22
8 Avqust 12:20
8 Avqust 12:17
8 Avqust 11:47
8 Avqust 11:23
8 Avqust 11:11
8 Avqust 10:21
8 Avqust 09:49
8 Avqust 09:35
8 Avqust 09:03
8 Avqust 08:48
8 Avqust 08:38
8 Avqust 08:36
8 Avqust 08:24
8 Avqust 00:58
7 Avqust 23:56
7 Avqust 22:34
7 Avqust 20:23
7 Avqust 20:20
7 Avqust 20:13
7 Avqust 19:02
7 Avqust 18:59
7 Avqust 18:57
7 Avqust 18:53
7 Avqust 18:44
7 Avqust 18:43
7 Avqust 18:34
7 Avqust 18:30
7 Avqust 18:23
7 Avqust 18:18
7 Avqust 18:05
7 Avqust 17:55
7 Avqust 17:47
7 Avqust 17:46
7 Avqust 17:37
7 Avqust 17:32
7 Avqust 17:30
7 Avqust 17:26
7 Avqust 17:23
7 Avqust 17:21
7 Avqust 17:18
7 Avqust 17:13
7 Avqust 17:08
7 Avqust 16:59
7 Avqust 16:55
7 Avqust 16:54
7 Avqust 16:47
7 Avqust 16:41
7 Avqust 16:28
7 Avqust 16:18
7 Avqust 16:04
7 Avqust 16:01
7 Avqust 15:57
7 Avqust 15:41
7 Avqust 15:33
7 Avqust 15:29
7 Avqust 15:21
7 Avqust 15:19
7 Avqust 15:11
7 Avqust 15:05
7 Avqust 14:55
7 Avqust 14:45
7 Avqust 14:43
7 Avqust 14:38
7 Avqust 14:35
7 Avqust 14:32
7 Avqust 14:29
7 Avqust 14:14
7 Avqust 13:55
7 Avqust 13:45
7 Avqust 13:31
7 Avqust 13:28
7 Avqust 13:25
7 Avqust 13:22
7 Avqust 13:20
7 Avqust 13:18
7 Avqust 13:12
7 Avqust 13:08
7 Avqust 12:54
7 Avqust 12:49
7 Avqust 12:44
7 Avqust 12:23
7 Avqust 12:20
7 Avqust 12:02
7 Avqust 11:48
7 Avqust 11:39
7 Avqust 11:28
7 Avqust 11:08
7 Avqust 11:07
7 Avqust 10:52
7 Avqust 10:33
7 Avqust 10:32
7 Avqust 10:30
7 Avqust 10:25
7 Avqust 10:14
7 Avqust 10:13
7 Avqust 10:11
7 Avqust 10:02
7 Avqust 09:35
7 Avqust 09:13
7 Avqust 09:12
7 Avqust 09:12
7 Avqust 09:05
7 Avqust 08:59
7 Avqust 08:56
7 Avqust 08:53
7 Avqust 08:51
7 Avqust 08:45
7 Avqust 08:44
7 Avqust 08:35
7 Avqust 08:30
7 Avqust 08:14
7 Avqust 07:38
7 Avqust 07:37
7 Avqust 07:33
6 Avqust 22:43
6 Avqust 22:11
6 Avqust 21:19
6 Avqust 21:17
6 Avqust 20:57
6 Avqust 20:15
6 Avqust 20:08
6 Avqust 18:59
6 Avqust 18:57
6 Avqust 18:46
6 Avqust 18:34
6 Avqust 18:27
6 Avqust 18:25
6 Avqust 18:14
6 Avqust 18:12
6 Avqust 18:10
6 Avqust 17:57
6 Avqust 17:56
6 Avqust 17:43
6 Avqust 17:35
Ən son xəbərləri səhifəmizdən də izləyin