BURADA REKLAMINIZ OLA
BİLƏR

Avqustda neçə gün iş olmayacaq?

 

Azərbaycanda bu il avqust ayına hər hansı rəsmi bayram təsadüf etmədiyindən qeyri-iş günləri yalnız həftəsonları olacaq.

 

Pravda.az xəbər verir ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9, 15-16, 22-23 və 29-30 avqust tarixlərinə düşür.

 

Altıgünlük iş həftəsi tətbiq olunan müəssisələrdə isə ay ərzində cəmi 5 qeyri-iş günü nəzərdə tutulur. Bu halda istirahət yalnız bazar günlərinə təsadüf edir.

 

 

Tarix: 20 İyul 2026, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin