BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat “SOCAR-ın da tenderləri şəffaf olsun” fikrinə aydınlıq gətirdi

Milli Məclisin sabiq deputatı Ceyhun Osmanlı səsləndirdiyi “SOCAR-ın da tenderləri şəffaf olsun” fikrinə aydınlıq gətirib.

 

Pravda.az-ın xəbərinə görə, C.Osmanlı İctimai Televiziyada yayımlanan “3D” verilişinin şərti aparıcı Dadaşlinski Dadaş Dadaş oğlunun “SOCAR-ın tenderlərini şübhə altına almağa səbəb varmı?” sualına cavab verərkən deyib ki, SOCAR-ın tenderlərini şübhə altına aldığı məqamı xatırlamır.

 

Dadaşlinski isə növbəti sualını verib: “Sosial şəbəkədə bir statusunuz vardı ki, "Böyük sevinc hissi ilə yeni İqtisadiyyat nazirini təbrik edirəm. İlk təklifi etmək istəyirəm, Azərbaycanda keçirilən bütün dövlət tenderləri şəffaf elan olunsun. Xüsusilə, SOCAR-ın tenderləri..." yazmısınız".

 

C.Osmanlı isə cavabında bildirib: “Siz burada yanlış məqam görürsünüzmü? Vətəndaş olaraq, həyata keçirilən islahatlara sevinirəm, alqışlayıram və hesab edirəm ki, şəffaf idarəetmə, eyni zamanda tenderlərdə də özünü göstərir. Hər kəs üçün bərabər imkanlar ölkə rəhbərliyinin islahatlarla bağlı əsas tezislərindən biridir. SOCAR da Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarından biridir. SOCAR-ın da tenderləri şəffaf keçirilir, əminəm ki, bundan sonra da belə olacaq. Burada söhbət tenderlərin şəffaf olmasından daha çox onlayn elan olunmasından ibarət idi. Əgər yaxşı oxumusunuzsa, vahid tender portalının yaradılmasından söhbət gedirdi. Bəzən “Haradasa tender keçirildi, bizim xəbərimiz olmadı” və s. kimi sahibkarlarda fikir olur. Ona görə də təklif etdim ki, vahid portalda bütün tenderlər, o cümlədən SOCAR-ın da tenderləri elan olunsa, bütün sahibkarlar bərabər vaxtda xəbər tutarlar, bərabər imkanlar yaranmış olar”.

Tarix: 16 Dekabr 2019, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin