BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəngərlidə baş verən qəzada yaralananlardan biri də vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş verən avtoqəzada ölənlərin sayı ikiyə çatıb.

Bu gün qəza zamanı xəsarət alanlardan biri – 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı müalicə aldığı Naxçıvan Muxtar Respublika Xəstəxanasında vəfat edib.

 

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Qeyd edək ki, bəhs olunan qəza iyulun 19-da Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

 

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.Report

 

Tarix: 21 İyul 2026, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin