BURADA REKLAMINIZ OLA
BİLƏR

Badımcanı belə hazırlayın: Acılığı yox olur, daha az yağ çəkir

Badımcanın acı dadı hazırladığınız yeməyin ləzzətini azalda bilər.
 

Pravda.az bildirir ki, badımcanı doğradıqdan sonra üzərinə duz səpib və ya duzlu suda 20–30 dəqiqə saxlamaqla acılığı yox etmək olar. Bu üsul acı maddələrin çıxmasına kömək edir, eyni zamanda badımcanın bişirilərkən daha az yağ çəkməsini təmin edir.


Gözləmə müddəti bitdikdən sonra badımcanı bol su ilə yuyun və kağız dəsmalla yaxşıca qurulayın. Belə olduqda həm daha yaxşı qızaracaq, həm də daha ləzzətli alınacaq.


Alış-veriş zamanı da kiçik, parlaq qabıqlı və az toxumlu badımcanlara üstünlük verilməsi tövsiyə edilir. Bu növ badımcanlar adətən daha az acı olur və yeməklərdə daha yaxşı nəticə verir.


Əminə Bayramova 

Tarix: 21 İyul 2026, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin