BURADA REKLAMINIZ OLA
BİLƏR

Üzüm alarkən bu detalı yoxlayın: Şirin və keyfiyyətli meyvəni seçməyin sirri

Üzüm alarkən çoxlarının diqqətdən qaçırdığı kiçik bir detal meyvənin təzə və dadlı olub-olmadığını göstərir.


Pravda.az bildirir ki, ilk növbədə salxımın saplağına diqqət yetirmək lazımdır.


Yaşıl və elastik saplaqlı üzümlər adətən daha təzə olur. Saplaq qəhvəyi rəngə dönübsə və quruyubsa, bu, meyvənin uzun müddət saxlanıldığını göstərə bilər.


Üzümün dənələrinin salxıma möhkəm yapışması da keyfiyyət göstəricisidir. Asanlıqla qopan və ya əzilmiş dənələr məhsulun təravətini itirdiyinə işarə edə bilər. Təbii, nazik ağ təbəqə isə qorxulu deyil – əksinə, üzümün təzəliyini qoruyan təbii örtük hesab olunur.


Əminə Bayramova 

Tarix: 21 İyul 2026, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin