BURADA REKLAMINIZ OLA
BİLƏR

Restorandakı kimi xırtıldayan kartofun sirri açıqlandı: Cəmi 1 qaşıq kifayətdir

Evdə hazırlanan kartof qızartmasının restoranlardakı kimi xırtıldayan alınmamasının səbəbi sadə bir detal ola bilər.


Pravda.az bildirir ki, kartofu qızartmazdan əvvəl ona 1 xörək qaşığı nişasta əlavə etmək nəticəni xeyli yaxşılaşdırır.


Nişasta kartofun səthində nazik qat əmələ gətirərək onun daha az yağ çəkməsinə və qızararkən daha xırtıldayan olmasına kömək edir. Daha yaxşı nəticə əldə etmək üçün kartofu doğradıqdan sonra soyuq suda 20–30 dəqiqə saxlayıb, qurulamaq tövsiyə olunur.


Kartofun yüksək temperaturda qızardılması, tavaya çox yığılmaması və qızardıqdan sonra duzun əlavə edilməsi də xırtıldayan teksturanın daha uzun müddət qorunmasına kömək edir.


Əminə Bayramova 

Tarix: 21 İyul 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin