BURADA REKLAMINIZ OLA
BİLƏR

İsti günlərdə şokolad yeyənlərin diqqətinə

Yay aylarında əriməyə meyilli olan ərzaqların marketlərdə saxlanma şəraiti ilə bağlı bağlı narahatlıqlar var. Xüsusilə, isti yay günlərində lazımi temperatur tənzimlənmədikdə şokoladların xarab olma etimalı daha çoxdur.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran qida eksperti Fərid Səfərov bildirib ki, şokoladın keyfiyyətinin və təhlükəsizliyinin qorunması üçün onun saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir.

 

Ekspert deyib ki, şokoladın saxlanması üçün ideal temperatur 15–20°C, nisbi rütubət isə 60–70%-dən aşağı hesab olunur: “Yay aylarında havanın temperaturu yüksəldiyindən şokoladın əriməsi, formasının dəyişməsi və keyfiyyətinin pisləşməsi riski artır. Marketlərdə şokoladların rəflərdə satılması normaldır, lakin satış zalında temperatur istehsalçının qablaşdırmada göstərdiyi saxlama şərtlərinə uyğun olmalıdır. Şokolad birbaşa günəş şüaları altında, istilik mənbələrinin yaxınlığında və ya yüksək rütubətli mühitdə saxlanılmamalıdır. Əks halda, məhsulun üzərində ağ rəngli təbəqə əmələ gələ bilər ki, bu da adətən yağ və ya şəkər kristallarının səthə çıxması ilə bağlıdır. Belə hallarda məhsul adətən sağlamlıq üçün təhlükəli olmasa da, dadı və görünüşü pisləşir. İstehlakçılar alış zamanı qablaşdırmanın bütövlüyünə, son istifadə tarixinə və məhsulun saxlandığı şəraitə diqqət etməlidirlər. Şokoladın yumşalmış, deformasiyaya uğramış və ya dəfələrlə əridilib bərkimiş görüntüdə olması onun uyğun şəraitdə saxlanılmadığını göstərə bilər. Xüsusilə, yay mövsümündə şokolad alındıqdan sonra uzun müddət isti avtomobildə və ya günəş altında saxlanmamalı, mümkün qədər sərin mühitə yerləşdirilməlidir. Bu qaydalara əməl edilməsi məhsulun həm keyfiyyətinin, həm də istehlak xüsusiyyətlərinin qorunmasına kömək edir. Sağlam qidalanaraq sağlam yaşayın!”

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2026, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin