BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Mirzəyev İsraildə dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Bu barədə İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

Məlumata görə, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: "Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".APA

Tarix: 22 İyul 2026, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin