BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya ilə münasibətlər epizodik əməkdaşlıq formatından institusional və uzunmüddətli əməkdaşlıq modelinə keçir - RƏY

“Azərbaycan ilə Almaniya arasında imzalanmış “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” iki ölkə münasibətlərində yeni və daha yüksək əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd tərəflərin əlaqələri yalnız mövcud səviyyədə saxlamaq deyil, onları uzunmüddətli, sistemli və qarşılıqlı maraqlara əsaslanan strateji çərçivədə inkişaf etdirmək niyyətini ortaya qoyur. Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biridir. Azərbaycan isə Cənubi Qafqazda mühüm geosiyasi mövqeyə, enerji və nəqliyyat imkanlarına malik dövlətdir. Bu baxımdan tərəflərin münasibətlərinin strateji gündəlik əsasında qurulması enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiya, sənaye, rəqəmsal transformasiya, nəqliyyat-logistika, təhsil və elm kimi istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev deyib.

Razi Nurullayev: “Hər uşağa 500 manat verilsə belə, insanlar yenə narazı  qalacaq, növbəti tələb 1000 manat olacaq” Pravda.az

Deputat Bəyannamənin əsas strateji mahiyyətindən də danışıb: “Münasibətlər epizodik əməkdaşlıq formatından çıxaraq institusional və uzunmüddətli əməkdaşlıq modelinə keçir. Bu isə qarşılıqlı etimadın gücləndiyini, dialoqun daha intensiv xarakter alacağını və birgə layihələrin sayının artacağını göstərir. Eyni zamanda, bu bəyannamə Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Almaniya ilə münasibətlərin dərinləşməsi ölkəmizin Avropa bazarlarına çıxış imkanlarını genişləndirə, yeni texnologiyaların, investisiyaların və innovativ təcrübələrin Azərbaycana cəlb olunmasına əlavə stimul verə bilər. Ümumilikdə, bu sənəd yalnız iki ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirmir, həm də regional sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq baxımından perspektivli imkanlar açır. Əsas məsələ imzalanmış sənədin praktik məzmunla doldurulması və nəzərdə tutulan istiqamətlər üzrə konkret nəticələrin əldə edilməsidir”.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2026, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin