BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biznes Şurası iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün platforma rolunu oynayacaq" - RƏY

“Cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçdiyini nümayiş etdirir. Biznes Şurası iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

 

 

Deputat bildirib ki, imzalanan Bəyannamə dövlət qurumları ilə özəl sektor arasında daimi dialoq platforması yaratmaqla ticarət əlaqələrini, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və investisiyaları gücləndirməyi hədəfləyir: “Düşünürəm ki, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi dialoqun inkişafı baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni platforma biznes nümayəndələrinin mütəmadi görüşlərini, birgə layihələrin müzakirəsini, investisiya təşəbbüslərinin hazırlanmasını və sahibkarların qarşılaşdıqları məsələlərin operativ həllini təmin edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2026, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin