BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində Qırğız Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviç Rusiya Federasiyasına ekstradisiya edilib.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Rusiyanın Baş Prokurorluğunun Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə ekstradisiya edilməsinə dair vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

 

Məlumata görə, o, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verilib. Təqsirləndirilən şəxs 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Tadzhimatov Kamoliddin Salicanoviç Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.

Tarix: 22 İyul 2026, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin