BURADA REKLAMINIZ OLA
BİLƏR

Dondurma aparatı olmadan südlü dondurma: Evdə asan hazırlanan resept

Yay aylarının sevimlisi olan südlü dondurmanı dondurma aparatı olmadan da evdə hazırlamaq mümkündür. Sadə ərzaqlarla hazırlanan bu resept qaymaqlı teksturası və zəngin süd dadı ilə seçilir.


Pravda.az bildirir ki, qarışımı müəyyən fasilələrlə çalmaq buz kristallarının əmələ gəlməsinin qarşısını alır və dondurmanın daha hamar olmasını təmin edir.


Lazım olan ərzaqlar:

1 litr tam yağlı süd

1 stəkan şəkər tozu

200 ml maye qaymaq

1 xörək qaşığı salep

1,5 xörək qaşığı qarğıdalı nişastası
1 paket vanilin

°
Südü qazana tökün, üzərinə şəkər, salep və nişastanı əlavə edib çırpıcı ilə qarışdırın. Qarışığı orta odda davamlı qarışdıraraq yüngül qatılaşana qədər bişirin. Ocaqdan götürdükdən sonra vanilin və maye qaymağı əlavə edib tam qarışdırın.

 

Qarışıq otaq temperaturuna çatdıqdan sonra qapaqlı qaba tökərək dondurucuya yerləşdirin. Dondurma aparatı olmadıqda qarışığı hər 45–60 dəqiqədən bir çıxarıb mikserlə bir neçə dəqiqə çalın və yenidən dondurucuya qoyun. Bu prosesi 5–6 dəfə təkrarlayın. Tam donduqdan sonra dondurmanı servis etməzdən əvvəl 5 dəqiqə otaq temperaturunda saxlayın və dondurma qaşığı ilə porsiyalara ayırın.


Qeyd: Daha qaymaqlı nəticə üçün tam yağlı süd və keyfiyyətli qaymaqdan edin. Dondurmanın içinə doğranmış meyvə, şokolad parçaları və ya qoz-fındıq əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.


Əminə Bayramova 

Tarix: 23 İyul 2026, 03:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin