Ali Məhkəmədə adam öldürmə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramov barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, dövlət ittihamçısı kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin hökmünün bir hissəsinin qanunsuz və əsassız olduğunu bildirərək qərarın dəyişdirilməsini tələb edib.
Kassasiya protestində qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsi məhkumun ittihamından Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsini, eləcə də əməlin xüsusi amansızlıqla törədilməsinə dair ağırlaşdırıcı halları çıxarmaqla düzgün nəticəyə gəlməyib.
Dövlət ittihamçısının fikrincə, iş üzrə müəyyən edilmiş faktiki hallar məhkumun hərəkətlərində məhz xüsusi amansızlıq əlamətlərinin mövcud olduğunu təsdiqləyir.
Prokurorluq bildirib ki, Kamal Bayramov zərərçəkmiş Əli Bayramovla uzun illər eyni məktəbdə işləyib və onların uzaq qohumluq münasibətləri olub. Buna görə də məhkum ata ilə oğul arasında olan yaxın münasibətləri yaxşı bilib.
Kassasiya protestində vurğulanıb ki, Kamal Bayramov Ayxan Bayramovu atası Əli Bayramovun gözü qarşısında öldürməyə cəhd edib, daha sonra isə Əli Bayramovu oğlunun gözü qarşısında öldürüb.
Dövlət ittihamçısı hesab edir ki, məhkum bu hərəkətləri ilə zərərçəkmişlərin bir-birinin gözü qarşısında xüsusi mənəvi iztirab keçirməsinə səbəb olacağını əvvəlcədən dərk edib və bu hal xüsusi amansızlıq əlaməti kimi qiymətləndirilməlidir.
Protestdə hadisənin başvermə mexanizminə də toxunulub.
Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Kamal Bayramovun qardaşı ilə Ayxan Bayramov arasında mobil telefon vasitəsilə qarşılıqlı təhqirlər baş verib. Dövlət ittihamçısının qənaətinə görə, hadisə günü məhkum məhz həmin mübahisənin qisasını almaq məqsədilə Ayxan Bayramovu güllələməyə qərar verib.
İş materiallarına əsasən, Əli Bayramov silahın oğluna tuşlandığını görərək valideyn kimi onu qorumağa çalışıb və özünü silahın qarşısına verib. İlk atəş zamanı güllə qırmaları yerə dəyib və Ayxan Bayramov xilas olub.
Lakin prokurorluğun mövqeyinə görə, məhkum bundan sonra hiddətlənərək ikinci dəfə atəş açıb və bu dəfə Əli Bayramovu vurub.
Dövlət ittihamçısı hesab edir ki, Kamal Bayramov bununla Əli Bayramovdan oğlunu müdafiə etməyə çalışdığına görə qisas alıb. Apellyasiya instansiyası Əli Bayramovun hadisə yerində olmasını yalnız mübahisənin iştirakçısı kimi qiymətləndirib və onun oğlunu qorumaq məqsədilə hərəkət etməsini ictimai borcun yerinə yetirilməsi kimi qəbul etməyib.
Dövlət ittihamçısı bu nəticənin iş materiallarına uyğun olmadığını bildirib.
Ali Məhkəmənin məhkəmə kollegiyası cinayət işinin materiallarını, kassasiya protestinin dəlillərini və proses iştirakçılarının çıxışlarını araşdırdıqdan sonra dövlət ittihamçısının irəli sürdüyü arqumentlərlə razılaşmayıb.
Məhkəmə hesab edib ki, kassasiya protestində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün kifayət etmir. Bu səbəbdən dövlət ittihamçısının kassasiya protesti təmin olunmayıb və Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd: 11 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Ə.Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü K.Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Ə.Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Niyazi və Kamal xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qətli törətməkdə şübhəli bilinən K.Bayramov öldürülən Ə.Bayramovla qohum olub. O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 000, ikinci dəfə isə 2 700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, onun 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 18 ilə endirilib.
Xatırlatma: Qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi isə Kamalın qardaşıdır.
Kamal Məmmədov
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
Ən son xəbərləri səhifəmizdən də izləyin