BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB 447 minlik tibbi vasitə alır

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası məqsədilə tibb vasitələr alır.

 

Pravda.az-ın xəbərinə görə, satışı “Zeytun Pharmaceuticals” MMC edəcək.

 

Qurum isə buna görə MMC-yə 447 749 AZN ödəyəcək.

 

İnnovasiya və Təchizat Mərkəzi və “Zeytun Pharmaceuticals” müqavilə bağlayıb. Şirkətin rəhbəri Bəhruz Şirəliyevdir. TƏBİB əsasən təchizatçı kimi B.Şirəliyevin şirkətini seçir. İyun ayında da müvafiq proqram üzrə 1.4 milyonluq müqavilə bağlanıb.

 

Cabir

Tarix: 23 İyul 2026, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin