BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə ömürlük məhkum və digərləri ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin barələrindədəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Cinayət işində əsas epizod 2023-cü ildə Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayıb. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu - 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.


Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.


Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kənddə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza-red) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.

 

Kamal Məmmədov 

Tarix: 23 İyul 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin