Ali Məhkəmədə Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən İlham Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinin detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkumun vəkili kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz olduğunu bildirərək, həmin qərarın ləğv edilməsini və müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Müdafiə tərəfi iddia edir ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətməyib və apellyasiya məhkəməsi işin obyektiv araşdırılması üçün zəruri olan sübutların toplanması istiqamətində kifayət qədər təşəbbüs göstərməyib.
Şikayətdə qeyd olunub ki, Ukraynada aparılmış istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş Ukrayna vətəndaşları, eləcə də Ermənistan vətəndaşları sonradan azadlığa buraxılıb. Müdafiə tərəfinin fikrincə, həmin şəxslərin illər əvvəl verdikləri ifadələr əsasında başlanmış cinayət işi üzrə uzun müddət keçməsinə baxmayaraq hələ də yekun məhkəmə hökmü çıxarılmayıb.
Müdafiəçi hesab edir ki, ittihamda qeyd olunan "şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında" törədildiyi iddia edilən cinayət epizodları üzrə digər iştirakçıların müəyyən edilib-edilmədiyi, onların hüquqi taleyi və həmin cinayət işi üzrə yekun qərarın qəbul olunub-olunmadığı dəqiqləşdirilməyib.
Müdafiəçi hesab edir ki, bu sənədlər və məlumatlar İlham Məmmədova qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu əsaslarla müdafiə tərəfi Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edib.
Məhkəmə materiallarına görə, kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Həmçinin dövlət ittihamçısı tərəfindən məhkəmə qərarından kassasiya protesti verilməyib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, cinayət hadisəsi 2015-ci ilin avqustunda törədilib. Ukrayna vətəndaşı, 1992-ci ildə Luqanskda doğulmuş Naim Balakişi oğlu Allahverdiyev və 1973-cü il təvəllüdlü İlham Qalib oğlu Məmmədov İlham Tağıyevə qarşı bir neçə dəfə quldurluq və soyğunçuluq əməli törətdikdən sonra onu qətlə yetiriblər.
Həmin ərəfədə Naim Allahverdiyev tutulsa da, İlham Məmmədov qaça bilib. İlham Məmmədov 10 il sonra, 2025-ci ilin fevralında tutulub.
Qeyd: Bu cinayətlə bağlı daha əvvəl Ukraynada iki erməniəsilli şəxs də saxlanılıb.
Bu qrupun daha iki azərbaycanlı iş adamı Vüqar Nuruşov və Təbriz Ələkbərovu da öldürdüyü iddia edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi İlham Məmmədovu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 126.3, 178.2.2, 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5, 181.3.3, 182.3.3-cü maddələri üzrə təqsirli bilib. Ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İlham Məmmədovun cəzası 17 ilə endirilib.
Xatırlatma: 2016-cı ildə ovaxtkı baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya həmin ölkədə azərbaycanlı sahibkarların qətli ilə bağlı müraciət etmişdi.
Kamal Məmmədov
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
Ən son xəbərləri səhifəmizdən də izləyin